Mayın 31-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ED 1.25 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən Bitki fiziologiyası ixtisası üzrə elmi seminarda AMEA Botanika İnstitutunun Bitki Fiziologiyası üzrə dissertantı Şirin Mahmudovanın “Nitellopsis obtusa hüceyrələrinin plazmalemmasının struktur labilliyi və funksional fəallığı” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. İşin elmi rəhbəri biologiya elmləri doktoru, professor Nağı Musayevdir. İddiaçı dissertasiya işinin əsas müddəalarını təqdim etdikdən sonra mövzu ətrafında müzakirələr aparılıb və şura üzvləri iddiaçıya öz irad və təkliflərini bildiriblər. Səsvermənin nəticəsinə əsasən elmi seminar Şirin Mahmudovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edib.