Arxiv
Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib
14.06.2022

13 iyun 2022-ci il tarixində AMEA Botanika İnstitutunun 2-ci kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. "Botanika" və "Mikologiya" ixtisasları üzrə tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirmiş və elmi-tədqiqat işini uğurla başa çatdırmış magistrantlar dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər. 

Şöbə və laboratoriya müdirləri və magistrantların elmi rəhbərlərinin iştirakı ilə keçən iclasda hər bir magistrantın işi ətraflı müzakirə edilərək qiymətləndirilib. Magistrantların dissertasiya işlərinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən magistr dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini nəzərə alaraq, yekun müdafiə üçün magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuraya təqdim edilməsi tövsiyyə olunub.