Arxiv
“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
17.06.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı, eləcə də Z.Y.Səfərovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, “Heydər Əliyev irsinə yeni elmi-nəzəri və konseptual baxış”, “Qurtuluşun Heydər Əliyev epoxası”, “Azərbaycan - Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəd”, “Şərəfli alim ömrü”, “Sədərəkdə aşkar olunan qədim şəhərin qalıqları dünya arxeologiya elminə mühüm töhfədir” sərlövhəli məqalələr, “Qurtuluşdan Qarabağa gedən yol: qadın alimlərin əsərlərində” mövzusunda seminar, İnformasiya Texnologiyaları İnstitutu ilə Dövlət Gömrük Komitəsi Akademiyası arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin AMEA-nın “TEKNOFEST Azərbaycan”da iştirakına həsr olunmuş müsahibəsi və s. informasiyalarla tanış ola bilərsiniz.