Böyük Britaniya, Polşa və İsveçdən olan beynəlxalq alimlər qrupu xərçəngin müalicəsi üçün fotoimmunoterapiya texnologiyasını hazırlayıb.
Yeni texnologiya ən kiçik xərçəng hüceyrələrini işıqlandıran fluoressensiya boyasının şişə əlavə edilməsinə əsaslanır. İşıqlandırmanın köməyilə şiş hüceyrələri qaranlıqda parlamağa başlayır. Bu üsul cərrahlara onkoloji xəstəlikləri daha yaxşı müalicə etməyə imkan verir.
Qlioblastoması olan siçanlar üzərində aparılmış eksperiment nəticəsində bu texnologiyanın xərçəng hüceyrələrinin görünməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı məlum olub. Yeni üsul, həmçinin infraqırmızı şüalanma zamanı şiş əleyhinə təsirə səbəb olub ki, bu da əməliyyatdan sonra xərçəngin yaranmasının qarşısını ala bilər.