AMEA Botanika Institutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar Təcrübə Dayaq Məntəqəsində olub.
Səfər Kürdəmir rayonunda yerləşən Təcrübə Dayaq Məntəqəsində tarla təcrübələrinin vəziyyətinin araşdırılması və istehsalat şəraitində təsərrüfatda becərilən bitkiçilik məhsullarına baxış keçirmək məqsədi daşıyıb. Becərilən bitkilər içərisində dərman və qida boyası kimi tanınan Carthamus tinctorius-yalançı zəfəran və ya boyaq zəfəranı sənaye əhəmiyyətli bitki kimi diqqəti daha çox cəlb etmişdir. Bitkinin toxumlarından əldə edilən yağ marqarin istehsalında istifadə olunur. Tibbdə laksatif, sidikqovucu, xoleretik, kimi istifadə olunur. Çiçəklərdən rəng çıxarıldıqdan sonra karotin istehsalı üçün çox əhəmiyyətlidir. S.C.İbadullayeva bitkinin daha geniş becərilməsini məqsədə uyğun hesab etmişdir.
Səfər zamanı direktor məntəqənin əməkdaşları ilə görüşüb, inzibati binaya və maddi-texniki bazaya baxış keçirib. Həmçinin məhsul yığımı və əkin sahələrinin cari vəziyyəti müşahidə olunub, müvafiq tapşırıqlar verilib. Sahəyə 2 ədəd 30 tonluq su çəni yerləşdirilib.