Arxiv
“Elm” qəzetinin yeni sayı çap olunub
24.06.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri yer alıb.

Bundan əlavə, “Azərbaycanın analitik kimya elminin ilk qadın akademiki: Rəfiqə Əliyeva”, “Qardaş Pakistan haqqında qiymətli əsər”, “Elmin nüfuzlu hamisi”, “Şərəfli yol” sərlövhəli məqalələr, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Özbəkistan səfəri çərçivəsində keçirdiyi görüşlər və imzaladığı müqavilələr, Ədəbiyyat İnstitutunda Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, eləcə də pakistanlı alimlərin iştirakı ilə baş tutan tədbirlər, akademik İradə Hüseynovanın Zəngilan rayonuna səfəri, Şərqşünaslıq İnstitutunda görkəmli ictimai-siyasi xadim Hidayət Orucovla görüş, Yüksək Texnologiyalar Parkının rezidenti “Proline Chemicals” MMC-nin baş direktoru Vüqar Həsənovla müsahibə və s. informasiyalarla tanış ola bilərsiniz.