Arxiv
“Elm” qəzetinin növbəti sayı çap olunub
15.07.2022

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində “1969-cu ilin iyulundan başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən-zirvəyə aparır” sərlövhəli məqalə yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyəti üzvlərinin elmi müəssisə və təşkilatların rəhbərləri ilə görüşü, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Lahor Dövlət Kollec Universitetinin alimləri ilə görüşü, “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin müzakirəsi, Azərbaycan-Özbəkistan elmi əlaqələrinə həsr olunmuş elmi sessiya, “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans, “1969-cu il 14 iyul plenumu - Azərbaycan elminin inkişafında yeni dövrün başlanğıcı”, “Zəngəzur faciələrinin dolğun bədii salnaməsi”, “Yanlış deyimlər və yozumlar” sərlövhəli məqalələr, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.