Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.
İclasda tibb üzrə 15 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları t.e.d. Rasim Cəfərli və t.ü.f.d. Aynur Safıyeva tərəfindən təqdim edilib.
Müzakirələrdə Problem şurasının, Tibb işçi qrupunun üzvləri (t.e.d., prof. Eldar Qasımov, t.e.d., prof. Valeh Mirzəzadə, t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nizami Bağırov, t.e.d. Sayman Qədimova və b.), iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.
Müzakirəyə çıxarılan 10 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 5 iş təkrar baxılmaq üçün geri qaytarılıb.