Arxiv
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun hesabat xarakterli iclası baş tutub
09.09.2022

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun bu günlərdə hesabat xarakterli iclası baş tutub.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu, Dövlət İqtisad Universiteti və eyni zamanda ekspertlər iştirak edib.

Görüş çərçivəsində “Azərbaycanda beynəlxalq elmi nəşrlərin reytinq göstəricilərinin yaxşılaşdırılması: Digər ölkələrin təcrübələrindən çıxarılan dərslər” adlı təqdimat nümayiş olunub və mövzu ətrafında ətraflı fikir mübadiləsi, müzakirələr aparılıb. Bununla yanaşı, elm və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxışının mərkəzləşmiş qaydada dövlət tərəfindən maliyyələşdirilməsi istiqamətində görülmüş işlər və Yol Xəritəsinin icrası ilə bağlı icraçı qurumların hesabatları və gələcək çağırışlar barədə tərəflərin icra etməli olduğu işlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

https://azranking.az/