Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində Azərbaycan və Özbəkistanın universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir. Müsabiqə üçün ərizə forması (Application form).
Layihə təklifləri aşağıdakı istiqamətlər üzrə təqdim edilə bilər:
- energetika və enerjiyə qənaət;
- tibb və tibbi texnologiyalar;
- farmasevtika və farmakologiya;
- nano- və biotexnologiyalar;
- kimya texnologiyaları;
- yeni materiallar;
- rəqəmsal iqtisadiyyat;
- ərzaq təhlükəsizliyi;
- aqrosənaye texnologiyaları;
- təbiətdən səmərəli istifadə;
- təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması;
- su resurslarının idarə edilməsi texnologiyaları;
- faydalı qazıntıların çıxarılması texnologiyaları;
- lazer texnologiyaları və fotonika;
- informasiya-kommunikasiya və fənlərarası texnologiyalar.
Layihələrin icra müddəti 24 aya qədər ola bilər.
Müsabiqə 15 sentyabr 2022-ci il tarixindən 15 dekabr 2022-ci il tarixinə qədər açıqdır. Layihə təklifləri Özbəkistan və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Azərbaycan tərəfindən layihə rəhbəri layihə təkliflərini 15 dekabr 2022-ci il tarixinə qədər [email protected] email ünvanına göndərməli, 23 dekabr 2022-ci il tarixinə qədər imzalanmış sənədləri AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (İstiqlaliyyət küç. 30, AZ1001, Bakı) təqdim etməlidir.
Əlavə məlumat üçün http://bei.science.gov.az/en/https://botany.az/az/content/8 və ya (+994 12) 492 66 51 nömrəli telefona müraciət edilə bilər.