Arxiv
Botanika İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
20.09.2022

16 sentyabr 2022-ci il tarixində Botanika İnstitutunda Botanika-2417.01 ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib. İmtahan prosesi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq təşkil edilib. İmtahanda AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova, müəssisənin baş direktoru, b.e.d, professor Səyyarə İbadullayeva və digər üzvlər iştirak edib.  İddiaçılar doktorluq imtahanları üçün təsdiq edilmiş test tapşırıqlarını verilən vaxt ərzində yerinə yetiriblər.

Sonda iddiaçıların imtahan nəticələri komissiya üzvləri tərəfindən “əla” qiymətləndirilib.