Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Karrar Təcrübə Dayaq məntəqəsinin müdiri Nəriman Orucovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib..
Yığıncağı Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq yubilyarı 80 illiyi münasibətilə təbrik edib. Qeyd edib ki, Nəriman Orucov çoxillik əmək faliyyətini kənd təsərrüfatının inkişafına həsr etmişdir. O, S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini bitirmiş, 1980-1983-cü illərdə Kürdəmir rayon Karrar kənd sovetinin sədri vəzifəsinə təyin edilmiş, 1981-1996-c illərdə R. Axundov adına Kolxozda partiya komitəsinin katibi, baş aqranom 1996-2000-ci illərdə Karrar kəndli fermer təsərrüfatının başçısı vəzifələrində işləmişdir. Sonrakı illərdə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar institutunun seleksiya və toxumçuluq şöbəsinin elmi işçisi, Kürdəmir Təcrübə Sınaq Təsərrüfatının müdiri kimi fəaliyyətini davam etdirmişdir. 2016-cı ildən Botanika İnstitutunun Karrar Təcrübə Dayaq məntəqəsinin müdiri vəzifəsində çalışır.
Sonra İnstitutun icraçı direktoru, b.e.d. Şakir Qasımov, Azad Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Şəkər Muxtarova və başqaları çıxış edərək N. Orucovun zəhmətkeş və səmimi insan olaraq kollektivin böyük hörmətini qazanmış ziyalı olduğundan bəhs ediblər.
Alimə institut rəhbərliyi adından Fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Sonda çıxış edən N.Orucov ona göstərilən diqqət və qayğıya görə İnstitutun rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.