Arxiv
Botanika İnstitutunda doktorant və dissertantların qış imtahan sessiyasına başlanılıb
08.12.2022

AR ETN Botanika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə qış imtahan sessiyası keçirilib. “Botanika” ixtisası üzrə doktorant Vüsalə Bədəlova, dissertantlar İradə Abdullayeva, Pərvin Əsgərova və Aysel Zeynallı və elmlər doktoru hazırlığı üzrə Elman Yusifov imtahanda iştirak ediblər.

Komissiyasının sədri Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və digər üzvlərin iştirakı ilə keçirilən imtahan şəffaf və mövcud qaydalara uyğun təşkil olunub. İddiaçılar imtahan müddətində biletlərini yazılı və şifahi cavablandırıblar. Onların bilik səviyyəsi komissiya üzvləri tərəfindən əla qiymətləndirilib.