Arxiv
Botanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə imtahan keçirilib
22.12.2022

AR Elm vəTəhsil Nazirliyinin Botanika İnstitutunda qış imtahan sessiyası çərçivəsində 2022/2023- cü il fəlsəfə doktoru hazırlığı üzrə “Ümumi biologiya” ixtisas fənnindən imtahan keçirilib.
Komissiya üzvlərinin iştirakı ilə keçirilən imtahan şəffaf və mövcud qaydalara uyğun təşkil olunub. İddiaçı, doktorant Vüsalə Bədəlova imtahanda iştirak edib və komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilib.