Dekabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarının direktorları ilə görüşüb.
Görüşdə elmin idarəolunması sahəsində əsas çağırışlar və nazirliyin bu sahədə görəcəyi işlər müzakirə mövzusu olub. Görüş çərçivəsində elm və təhsilin inteqrasiyasında beynəlxalq təcrübənin nəzərə alınması, elmin yeni maliyyələşmə mexanizmləri, elmi-tədqiqat institutları ilə birgə ali təhsil müəssisələrinin ikili magistratura proqramlarının hazırlanması ətrafında müzakirələr aparılıb. Eyni zamanda yeni qrant mexanizmlərinin yaradılması, elmi nəşrlərin keyfiyyət meyarları, 2023-cü təqvim ilində elmi-tədqiqat institutlarının qarşısında duran əsas problemlər, onların daha çevik həlli məsələləri ilə bağlı fikir və rəylər səsləndirilib.
Görüş zamanı elmi-tədqiqat institutlarının nəşrləri ilə bağlı təqdimat da nümayiş etdirilib.