Arxiv
Botanika İnstitutunda magistrantların qış imtahan sessiyasına başlanılıb
06.01.2023

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda qış imtahan sessiyası başlanıb. “Botanika” ixtisaslaşması üzrə I kurs magistrantlar “Biostatistika” fənni və ll kurs magistrantlar “Quru ekosistemlərinin mikrobiologiyası” fənni üzrə imtahan veriblər. İmtahanda fənn müəllimləri b.e.d., dos. S.İ. Nəcəfova, A.Q. İbrahimova və institutun Təhsil şöbəsinin müdiri b.ü.f.d, dos. K.K. Əsədova iştirak ediblər.