Arxiv
Ufa Elm və Texnologiya Universitetinin professorları Botanika İnstitutunda olublar
16.01.2023

Başqırdıstan Respublikası (Rusiya Federasıyası) Ufa Elm və Texnologiya Universitetinin professorları, Başqırd Dövlət Təbiət Qoruğunun baş elmi işçiləri b.e.d. Maya Munirovna İşmuratova və b.e.d. İşbirdin Ayrat Removiç Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olublar. İnstitutun Geobotanika, Mikologiya, Sistematika və biomüxtəliflik, Bitki ehtiyatları və Herbari şöbələrində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub və institutda çalışan alimlərlə elmi müzakirələr aparıblar.

Qonaqlar Herbari fondunu və Botanika muzeyini də ziyarət ediblər.