Arxiv
“Elm” qəzetinin növbəti sayında “Qırmızı kitab”ın III nəşrinə botaniklərin töhfəsi" adlı məqalə dərc olunub
19.01.2023

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin AMEA əməkdaşlarının, elmi işçilərin, doktorant və magistrantların, təqaüdçü alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında Fərman və sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində təqdimatının Pakistan mətbuatında işıqlandırılması, AMEA-nın prezidentinin Lənkəran Regional Elmi Mərkəzinin illik hesabatında iştirakı, “Elmin inkişafına dövlət dəstəyinin əməli ifadəsi”, “Qırmızı kitab”ın III nəşrinə botaniklərin töhfəsi”, “Müstəqilliyimizin carçısı: 20 Yanvar” sərlövhəli məqalələr, Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovla müsahibə, elan, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.