Arxiv
Botanika İnstitutunun gənc əməkdaşları Amerika Birləşmiş Ştatlarının Azərbaycandaki səfirliyinin təşkil etdiyi müsabiqənin qalibi olublar
23.01.2023

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun gənc əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunmuş akademik ingilis dili kursları üçün elan edilmiş müsabiqəni uğurla keçiblər. Müsabiqənin qalibləri İnstitutun Bitki ehtiyatları şöbəsinin elmi işçisi Aydan Zeynalova, Sistematika və biomüxtəliflik şöbəsinin kiçik elmi işçisi Lalə İsgəndərova, Mikologiya şöbəsinin kiçik elmi işçisi Yaqut Yusifova və baş laborantı Elnarə İsgəndərli olub. Gənclər təşkil olunan akademik ingilis dili dərslərində 3 ay müddətində iştirak edəcəklər.