Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2 Fevral - Gənclər Günü münasibətilə “açıq qapı” təşkil olunub. Tədbir gənclərin asudə vaxtının səmərəli təşkili və muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmaq məqsədi daşıyıb.
AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri, b.ü.f.d. Aydan Zeynalovanın təşəbbüsü ilə institutun gənc əməkdaşları Nazirliyin tabeliyində fəaliyyət göstərən müzeyləri ziyarət ediblər.