Arxiv
Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi nəşr olunub
03.02.2023

AR ETN Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının 5 (2) nömrəsi çapdan çıxıb və məqalələr jurnalın saytına (www.plantfungalres.az) yerləşdirilib. İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevadır. Jurnalın əsas məqsədi bitki və göbələk aləmi üzrə beynəlxalq səviyyədə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında əksəriyyəti xarici ölkələrdən (İtaliya, Ukrayna, Türkiyə, Hindistan) olan alimlərin məqalələri yer alıb. Bütün məqalələr üçün Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru (DOI) təmin edilib.