Fevralın 6-sı səhər saatlarında Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə AR ETN Botanika İnstitutu “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyasına qoşulub. Yardımın toplanması davam edir.
Botanika İnstitutunun kollektivi həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir!