AR ETN Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Əvvəlcə Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
İclasda 2023-cü ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi aparılıb. Direktor S.İbadullayeva Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamna əsasən İnstitutda keçiriləcək tədbirlər və görüləcək işlərdən bəhs edib.
Sonda digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib..