AR ETN Botanika İnstitutunun gənc əməkdaşları Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və "BP Azərbaycan" şirkətinin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə gənclərin müsabiqəyə təqdim etdikləri 163 layihənin nümayişi olub.
Qeyd edək ki, müsabiqədə 3 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.