Arxiv
Botanika institutunun əməkdaşı “Sabahın alimləri “ XII Respublika müsabiqəsində spiker qismində iştirak edib
15.02.2023

Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XII Respublika Müsabiqəsi  davam edir.

Müsabiqənin 2-ci günü -14 fevral 2023-cü il tarixində Təlim Akademiyasında ARTİ tərəfindən müxtəlif regionların tam orta məktəblərinin müəllimlərinə “Layihələrin qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Təqdimatda spiker qismində ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova və Elm və Təhsil Nazirliyi Botanika İnstitutu Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov iştirak edib. Təqdimat zamanı “Fənlərarası inteqrasiya”, “Layihə əsaslı öyrənmə”, “Tədqiqatın mahiyyəti, məqsədi və xüsusiyyətləri” mövzuları barədə müəllimlərlə müzakirə aparılıb.

Təqdimatın sonunda müəllimlərə sertifikat təqdim edilib.