Arxiv
AR ETN Botanika İnstitutunun magistrlərinə diplomlar təqdim olunub
01.03.2023

Azərbaycan Milli Elmlər Akademiyasının məzunu olan magistrlərə diplomlar təqdim olunub.

Akademiya şəhərciyindəki Elektron akt zalında keçirilən təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məzunları təbrik edib, magistrlərin Akademiyanın gəncləşməsi prosesinə və elmi məktəblərin davam etdirilməsi ənənəsinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

Qeyd edək ki, AR ETN Botanika İnstitutundan 2 nəfər “Mikologiya”,  3 nəfər “Botanika” ixtisaslaşması üzrə, təhsilini başa vurub. Onlardan ikisi fərqlənmə diplomuna layiq görülüb.