Arxiv
Bakı Dövlət Universitetinin tələbələri AR ETN Botanika İnstitutunda təcrübə keçirlər
09.03.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Bakı Dövlət Universiteti arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində universitetin Biologiya fakültəsinin IV kurs tələbələri Botanika İnstitutunda İstehsalat təcrübəsinə başlayıblar.  BDU-nun tələbələri Botanika institutunun müvafiq şöbə və laboratoriyalarında həyata keçirilən elmi tədqiqat işləri ilə yaxından tanış olurlar, nəzəri və praktiki biliklərə yiyələnirlər.

Qeyd edək ki, təcrübə müddəti 19.04.2023-cü il tarixinədək davam edəcək.