Arxiv
Botanika İnstitutunun gənc əməkdaşları akademik ingilis dili kursunda növbəti təhsil imkanı qazanıblar
29.03.2023

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun gənc əməkdaşları b.ü.f.d. Aydan Zeynalova, kiçik elmi işçilər Lalə İsgəndərova və Elnarə İsgəndərli Azərbaycan Milli Elmlər Akademiyası və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunmuş akademik ingilis dili kursunun növbəti mərhələsi üçün seçiliblər. Gənclər kursun I mərhələsini yekun imtahan nəticələri əsasında uğurla başa vuraraq, növbəti 3 aylıq təhsil müddəti əldə ediblər.