AR Elm və Təhsil Nazirliyi Botanika İnstitunun Mikologiya şöbəsinin əməkdaşları Yaqut Yusifova və Xədicə Apbayeva Bakı Mühəndislik Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı”nda iştirak ediblər. Tədbirdə kiçik elmi işçi Yaqut Yusifova “Göygöl və ətraf ərazilərin bazidiomitsetləri” və böyük laborant Xədicə Apbayeva “Azərbaycanda oduncaqlı bitkilər üzərində Ascochyta Lib. cinsi göbələklərinin ilkin araşdırılması” mövzularında çıxış edib və sertifikatla təltif olunublar.