AR ETN Botanika İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. Məşqdə icraçı direktor b.e.d. Şakir Qasımov və mülki müdafiə dəstələrinin bütün manqa rəhbərləri iştirak ediblər.
Təlimdə baş vermiş fövqəladə hallar nəticəsində yaranmış şərait, yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri tədbirlərlə bağlı məşqlər keçirilib. Sonda Mülki Müdafiə qərargah rəisi Nazim Xəlilov yaranan sualları cavablandırıb.