AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “Çin - COMSTECH Əməkdaşlıq Təşəbbüsü; İƏT Üzv Dövlətlərində Ənənəvi Tibb və Müttəfiq Biotibbi Elmlərdə Əməkdaşlığın Gücləndirilməsi” adlı vebinarda iştirak edib. Təşkil olunmuş tədbirdə tədqiqatçılar, elmi-tədqiqat laboratoriyaları və sənaye sahələrinin müvafiq əməkdaşları və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) üzv dövlətləri çıxış ediblər.
Tədbirdə birgə laboratoriyaların yaradılması, İƏT-ə üzv dövlətlərin alimləri üçün mübadilə proqramları və məhsul əsaslı tədqiqatlar kimi əməkdaşlığın aspektləri də müzakirə edilib. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.