Botanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.
GAMŞ-ın sədri b.ü.f.d. Aydan Zeynalova iclas iştirakçılarına gündəlikdən irəli gələn məsələlərlə bağlı məlumat verib.
İclasda gənclərin elmi və ictimai fəaliyyətinin artırılması məqsədi ilə GAMŞ-ın üzvləri arasından İnstitutun şöbə və laboratoriyaları üzrə məsul şəxslər seçilib. Gənclərin təqdimatında keçirilən elmi seminarların vaxt cədvəli təyin olunub.
Sonda gənclərin tutduğu vəzifə dərəcələrinə dair müzakirələr aparılıb, bir sıra təkliflər rəhbərliyə təqdim olunub.