Arxiv
Botanika İnstitutunun gənc alimi “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu”nda iştirak edib
25.05.2023

Botanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova Mingəçevir şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu”nda çıxış edib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Elm və Təhsil nazirininin müavini Firudin Qurbanov, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirininin müavini Konstantin Moqilevsky, Mingəçevir şəhərinin icra başçısı İlham İsmayılov və bir çox digər məsul şəxslər  iştirak ediblər.

Forumda çıxış edən A.Zeynalova Azərbaycanda gənc alimlərə göstərilən dövlət dəstəyi, Azərbaycanın gənclər siyasəti, Azərbaycan-Rusiya birgə elmi layihələr haqqında məlumat verib. Gənc alim çıxışında Beynəlxalq Gənclər Günü münasibətilə “İstedadlı Gənclər üçün Dövlətlərarası Mükafat”ın təsis edilməsi, ekoloji yönümlü dövlətlərarası gənclər düşərgələri və iki ölkənin tarixi və mədəni irsinin qorunması və təbliği üçün İllik Könüllülər Düşərgəsinin təşkili kimi bir sıra təkliflər irəli sürüb.

Forumun yekunu olaraq iki ölkənin gəncləri arasında əlaqələrin daha da inkişaf etdirilib gücləndirilməsi, əməkdaşlıq məsələləri, gənclərin təhsil almaq imkanları, həyata keçirilən birgə layihələr barədə suallar panellər üzrə cavablandırılıb.