AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminarda kiçik elmi işçi Mirxanım İsmayılova "Botaniki tədqiqatlarda genetik metodların tətbiqi" adlı mövzuda məruzə edib.
M. İsmayılova çıxışında genetik metodların və bitki seleksiyasının əhəmiyyətindən danışıb, həmçinin iştirakçısı olduğu “Sitogenetik analiz metodları və onların tətbiqi” adlı təlim proqramında əldə etdiyi təcrübi biliklər haqqında ətraflı məlumat verib.
Sonda gənc alim və mütəxəssislər mövzu ətrafında geniş müzakirələr aparıblar.