Arxiv
Botanika İnstitutunun gənc alimi beynəlxalq vebinarda iştirak edib
01.06.2023

AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş "Yüksək impakt faktorlu jurnallarda dərc olunma" adlı vebinarda iştirak edib. Vebinarın məruzəçisi MARA Texnologiya Universitetinin (Saravak, Malayziya) professoru Korina Cozef olmuşdur. Vebinar boyunca məruzəçi iştirakçılara məqalələrin hazırlanması, strukturu, onlayn təqdimat prosesi barədə məlumat vermişdir. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.