Arxiv
AR ETN Botanika İnstitutunda yay imtahan sessiyası başlayıb
01.06.2023

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 12 may 2023-cü il tarixli 91 nömrəli sərəncamına əsasən 1 iyun 2023-cü il tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun 2022/2023-cü tədris ilində “Botanika”  ixtisaslaşması üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başlanıb. 

İmtahan Akvakultura fənni üzrə fənn müəllimi, b.ü.f.d, dos. Şəkər Muxtarova və institutun Təhsil şöbəsinin işçisi Rəna İmaninin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Sərəncama əsəsən imtahan sessiyası 05.07.2023-cü il tarixinədək davam edəcək.