Arxiv
Botanika İnstitutunun gənc alimi elmi konfransda iştirak edib
02.06.2023

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Botanika İnstitutunun gənc alimi b.ü.f.d. Nigar Mürsəl qızı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biologiyanın aktual problemləri davamlı inkişaf kontekstində” mövzusunda respublika elmi konfransında iştirak edib. Konfransın məqsədi biologiyanın aktual problemlərinin həllinə müxtəlif alim və mütəxəssisləri cəlb etmək, tədqiqat işlərinin elmi-praktik nəticələrini ictimaiyyətə çatdırmq olub. Konfransda N. Mürsəl qızı “Böyük Qafqazın şimal-şərq hissəsində Galanthus alpinus Sosn. var. alpinus nadir taksonunun senopopulyasiyalarının morfometrik və vitalitet strukturu” adlı məruzə ilə çıxış edib. Sonda gənc alim sertifikata layiq görülüb.