AR ETN Botanika İnstitutunun gənc əməkdaşları b.ü.f.d. Aydan Zeynalova, k.e.i. Lalə İsgəndərova, baş laborant Elnarə İsgəndərli və k.e.i. Yaqut Yusifova AMEA-nın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi "Virtual El Educator“ proqramını müvəffəqiyyətlə bitiriblər. Kursun bitməsi münasibətilə Mərkəzi Elmi Kitabxanada proqramın bağlanış tədbiri keçirilib. Tədbirdə AMEA-nin birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı, ingilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva və digər şəxslər iştirak ediblər. Sonda proqramı uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.