Arxiv
Botanika İnstitutunun baş direktoru Kürdəmir Təcrübə Dayaq Məntəqəsində olub
12.06.2023

AR ETN Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva 11 iyun 2023-cü il tarixində  Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar Təcrübə Dayaq Məntəqəsində olub. Karrar Təcrübə Dayaq məntəqəsinin müdiri Nəriman Orucov görülən işlər barədə məruzə edib.

Məntəqənin inzibati binasında yeni laboratoriyanın yaradılmasına start verilib. Dərman və texniki bitkilərin əkin sahələrində aparılan işlər müzakirə edilib.
Direktor mərkəzin əməkdaşları ilə görüşüb, məhsul yığımı və əkin sahələrinin cari vəziyyətini müşahidə edib, müvafiq tapşırıqlar verib.