Arxiv
Botanika İnstitutunun alimləri “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı ilə təltif olunublar
16.06.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə Cəmşid qızı İbadullayeva və Sistematika və biomüxtəliflik şöbəsinin müdiri b.e.d., dosent Aydın Musa oğlu Əsgərov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunublar. Alimlər bu medala Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında göstərdikləri xidmətlərinə görə layiq görülüb. Medalı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.  

Qeyd edək ki, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunu ilə təsis edilib.