AR ETN Botanika İnstitutunun “Plant and Fungal Research” beynəlxalq jurnalı BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) rəsmi internet səhifəsində AGRİS sisteminə daxil olub. AGRİS sistemində Botanika İnstitutunun təşkilat profili aktivləşdirilib və jurnalın çap olunmuş nömrələrindəki məqalələrin sistemə yerləşdirilməsinə başlanılıb.
Qeyd edək ki, Botanika İnstitutunun “Plant and Fungal Research” beynəlxalq jurnalı 2018-ci ildən çap olunur. Jurnalın 10-cu nömrəsi iyun ayında hazırlanıb və hal-hazırda çapdadır.