Arxiv
Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
21.06.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə  İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda institutun şöbə və laboratoriyalarının elmi-tədqiqat işləri üzrə 2023-cü il üçün yarımillik hesabatları dinlənilib. Məruzəçilər aparılmış elmi tədqiqatlar, elmi nəticələr, çap olunmuş elmi əsərlər, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və s. haqqında məlumat verib. Məruzələr ətrafında müzakirələr aparılıb.

Sonda gündəlikdən irəli gələn digər məsələlərə baxılıb. Professor S.İbadullayeva iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.