Arxiv
Botanika İnstitutunun əməkdaşları ekspedisiyada olublar
28.07.2023

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun "Sistematika və biomüxtəliflik" şöbəsinin əməkdaşları Quba və ətraf rayonlarda ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi ali bitki qrupları üzrə növlərin toplanılması, onların sistematik, coğrafi, ekoloji metodlarla öyrənilməsi, həmçinin Herbari fondunun zənginləşdirilməsi olub. Sözügedən ərazilərdə aparılan monitorinqlər zamanı 25 fəsilə, 47 cins üzrə bitki nümunələri toplanılıb, əksər dağ qurşağı bitkiliyi tədqiq olunub, herbari materiallarının müqayisəli-morfoloji təhlili aparılaraq identifikasiya edilib.

İlkin təyinata əsasən, bir neçə növün, xüsusən su bitkilərinə aid növlərin yeni yayılma sahələri aşkar edilib.  Bu növlər araşdırıldıqdan sonra elmi məqalə hazırlanacaqdır.