Arxiv
Botanika İnstitutu Macarıstan Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək
07.09.2023

AR ETN Botanika İnstitutu və Macarıstan Elmlər Akademiyasının Ekoloji Tədqiqatlar Mərkəzinin Ekologiya və Botanika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Memoranduma əsasən, botaniki və ekoloji tədqiqatlar üzrə müştərək tədqiqatların aparılması, kadr mübadiləsi, təlim proqramlarının hazırlanması və s. həyata keçiriləcək. Birgə qazanılmış təcrübə sayəsində mikologiya, bitki ekologiyası, aqroekologiya sahələrində yeni yanaşmaların tətbiq olunması, yeni ekologiya şöbəsinin yaradılması planlaşdırılır.