Arxiv
Botanika İnstitutunun gənc alimi “İlin peşəkar gənci” adına layiq görülüb
19.09.2023

AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova Azərbaycan Həmkarlar İttifaqları Konfiderasiyasında keçirilən gənclərin mükafatlandırılması mərasimində 2022-ci il üçün əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etdiyinə görə “İlin peşəkar gənci” adına layiq görülüb.

Tədbirdə 64 nəfər istedadlı gəncə AHİK-in   “İlin peşəkar gənci” fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteranlar da var.