Arxiv
Botanika İnstitutu Belarusiya Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək
26.09.2023

AR ETN Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova Belarusiya Elmlər Akademiyasının V.F.Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransda Zoom” platforması üzərindən iştirak ediblər. “Eksperimental botanikanın müasir problemləri” adlı beynəlxalq konfransin açılış mərasimində təşkil olunun online görüş zamanı professor Səyyarə İbadullayeva təşkilat komitəsinə və konfrans iştirakçılarını təbrik edib. Məruzəsində Botanika İnstitutun əsas fəaliyyət istiqamətləri, struktur bölmələri və
dövri elmi nəşrləri barədə məlumat verib, əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərini müzakirə edib. Tədbirdə Belarusiya Elmlər Akademiyasının V.F. Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutu və AR ETN Botanika İnstitutu arasında elmi-tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Sənədə
əsasən tərəflər arasında müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, elmi konfrans, təcrübə mübadiləsi, biomüxtəlifliyin mühafizəsinədə birgə fəaliyyəti nəzərdə tutulub.