Arxiv
Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda iştirak edib
27.09.2023

AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova Belarusiya Elmlər Akademiyasının V.F. Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransında  iştirak edib. 

Konfransın plenar iclasında A. Zeynalova “Ətraf mühitin yabanı nar bitkisində ikincili metabolitlərin toplanmasına təsiri” mövzusunda onlayn çıxış edib. Çıxışın sonunda gənc alim beynəlxalq sertifikata layiq görülüb.

Qeyd edək ki, bir sıra ölkələrin aparıcı alimlərinin iştirak etdiyi beynəlxalq konfrans öz işini 5 seksiyada sentyabrın 29-na qədər davam etdirəcək.