Arxiv
Botanika İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib
02.10.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin müdiri, b.ü.f.d., dosent Ələddin Qədimov Daşkənddə Özbəkistan Mikrobiologiya Cəmiyyəti, Özbəkistan Respublikası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu və Elm və İnnovasiya üzrə beynəlxalq elmi jurnalının birgə təkilatçılığı ilə keçirilən “Fundamental və tətbiqi mikrobiologiyanın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Özbəkistan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirdə 30-dan çox ölkədən nüfuzlu alim və mütəxəssis iştirak edib.

Ə.Qədimov konfransda “Bəzi buğda genotiplərinin morfofizioloji parametrlərinə trixodermanın təsiri” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.