Arxiv
Elmi şuranın növbəti iclasında hesabatlar dinlənilib
04.11.2023

Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda institutun baş direktoru, professor Səyyarə İbadullayeva gündəlikdəki məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Gündəliyə uyğun olaraq Herbari və Mikologiya şöbələrinin 2023-cü il üzrə illik hesabatları dinlənilib. Qeyd olunan  şöbələr  üzrə hər əməkdaş cari ildə plan və mərhələyə uyğun iştirak etdiyi elmi-tədqiqat işləri haqqında məlumat verib.

Daha sonra şöbə müdirləri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani və biologiya elmləri doktoru Dilzarə Ağayeva 2023-cü il üçün aparılan elmi-tədqiqat işlərinin nəticələrinə dair təqdimatla çıxış ediblər. Məruzəçilər aparılmış elmi-tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və beynəlxalq tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Məruzələr ətrafında suallar cavablandırılıb və müzakirələr aparılıb. Sonda hesabatlar yekdilliklə qəbul edilib.