Arxiv
Botanika İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib
08.11.2023

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
S.İbadullayeva iştirakçıları və qonaqları salamlayıb, şanlı və qürurlu Zəfər Günü münasibəti ilə təbrik edib. Professor Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən danışıb.
Tədbir “Hərbi Qənimətlər Parkı”nı ziyarətlə başa çatıb.